MANİLA, FLİPPİN (20 YANVAR 2023) — Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiyadan olan bu valyutada denominasiya edilmiş ilk istiqrazın emissiyası üçün 8,4 milyon Azərbaycan manatına yaxın (təxminən 4,9 milyon ABŞ dolları) vəsait cəlb edib.

Valyuta əsaslı istiqraz kimi formalaşdırılan emissiya Azərbaycan manatında ifadə edilib, lakin ABŞ dollar ilə hesablanıb. İstiqrazın strukturu AİB-ə aidiyyatı layihədə yarana biləcək valyuta risklərini tam şəkildə minimallaşdırmağa və lazım olan vəsaiti dollarla cəlb etmək üçün daha çox investora çıxış əldə etməyə imkan verir.

İstiqrazların tədavül müddəti 2,5 il, sabit faiz gəlirliliyi isə 6 %-dir. Lüksemburq Birjasında yerləşdirilən istiqrazları “Goldman Sachs International” təşkil edib və “Capitulum Asset Management GmbH” bütün bu istiqrazlara abunə olub.

İstiqraz buraxılışından əldə olunan vəsaitlə “Avrora” MMC-nin "COVID-19 böhranı zamanı əsas qida təchizat zənciri" layihəsi birbaşa maliyyələşdiriləcək. Layihə "Avrora" MMC-yə şirkətin fəaliyyətini və 2600 çox əməkdaşının dolanışığını təmin etmək üçün likvidlik imkanı yaradacaq. Layihə həmçinin gender inklüzivliyini dəstəkləyir, buğda və süd məhsullarının istehsalı və paylanması ilə ərzaq təhlükəsizliyinə töhfə verir.

AİB-nin xəzinədarı Pyer Van Petegem bildirib ki, Azərbaycan manatında olan bu yeni istiqrazın buraxılışı AİB-nin Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrində yerli valyuta ilə maliyyələşdirməyə verdiyi güclü dəstəyin davamıdır: “Bir çox kreditlər və törəmə maliyyə alətləri artıq erməni dramı, gürcü larisi, Qazaxıstan təngəsi və Özbəkistan sumu ilə həyata keçirilib”.

“Capitulum” şirkətinin Baş portfel meneceri Teodor Kirşner bildirib ki, bu sövdələşmə şəffaf dövlətlərüstü emitent tərəfindən gəlirlərin davamlı istifadəsi ilə Azərbaycanda yerli gəlir əldə etmək məqsədimizi həyata keçirməyə kömək edir.

AİB-nin yerli valyutada istiqraz emissiyaları dollar və ya avrodakı kreditlərlə bağlı valyuta riskini idarə edə bilməyən borcalanların kreditlərini dəstəkləmək üçün təkcə yerli valyutada maliyyə vəsaiti cəlb etmir, eyni zamanda kapital bazarının inkişafına töhfə verir.

AİB ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. Bank firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir. AİB 1966-cı ildə yaradılıb. Bankın 49 regiondan olan 68 üzvü onun səhmdarlarıdır.

Media Contact

SHARE THIS PAGE